Qəfil geomaqnit qasırğası başlayıb

Bu gün qəfil geomaqnit qasırğası başlayıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib. Onun sözlərinə görə, qasırğanın gücü G2-dir (maksimum G5 olur), Kp indeksi isə 5-dir. Qasırğa gün ərzində ən azı G1 sinfinə mənsub olan səviyyədə davam edəcək. Carı qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir (Coronal Hole = CH).Apa

DİGƏR XƏBƏRLƏR

Top