Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının referendum üçün səsvermə tarixi açıqlandı

Martın 27-dən etibarən xaricdə yaşayan türk vətəndaşları aprelin 16-da Türkiyədə keçirilməsi planlaşdırılan konstitusiya dəyişiklikləri üzrə referendum üçün səs verə biləcəklər. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Ali Seçki Komitəsi məlumat yayıb. Məlumata görə, xaricdə səsvermə aprelin 9-dək, gömrük girişlərində isə aprelin 16-dək davam edəcək. 57 xarici ölkədə, 120 nümayəndəlikdə Türkiyə vətəndaşları səs verə biləcəklər. Martın 27-də, yəni sabah seçki məntəqələrinə gediləcək ölkələr Almaniya, Avstriya, Belçika, Fransa, Danimarka və İsveçrədir. Bu ölkəərdə səsvermə prosesi aprelin 9-dək davam edəcək. Azərbaycanda yaşayan Türkiyə vətəndaşları da referendum üçün səs verə biləcəklər. Bu məqsədlə Türkiyənin Bakıdakı səfirliyində, habelə Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqələri qurulacaq. Türkiyə vətəndaşları Azərbaycanda aprelin 9-da səs verə biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top