Rusiyanı antikorrupsiya mitinqləri bürüyüb: müxalifətçi saxlanılıb

Moskvada keçirilən hakimiyyətlə razılaşdırılmamış antikorruspiya mitinqində müxalif siyasətçi, Korrupsiya ilə mübarizə fondunun qurucusu Aleksey Navalnıy saxlanılıb. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, A. Navalnıyın mətbuat katibi Kira Yarmış bildirib ki, siyasətçi “Mayakovskaya” metro stansiyası yaxınlığında saxlanılıb. Bundan başqa, “Belarusskaya” metro stansiyası ərazisində daha 10 nəfər polis tərəfindən saxlanılıb. Qeyri-rəsmi məlumata görə,Moskvanın Puşkinsk meydanında ən azı 1,5 min nəfər antikorrupsiya mitinqinə toplaşıb. Müxalif antikorrupsiya mitinqləri Rusiyanın Xabarovsk, Novosibirsk, Tomsk, Kemerov, Barnaul, Krasnoyarsk, Vladivostok, İrkutsk və bir neçə bölgəsində keçirilib. A. Navalnıyın antikorrupsiya mitinqlərinin Rusiyanın 24 şəhərində keçirilməsi razılaşdırılıb. Moskva hakimiyyəyi müxalifətçiyə şəhərin mərkəzində mitinq keçirməyə qadağa qoyaraq ona alternativ variantlar təklif edib. Lakin mitinq təşkilatçıları bu variantlardan imtina ediblər.

DİGƏR XƏBƏRLƏR

Top