İspaniyanın Seresales del Kondado kəndinin bütün sakinləri, yəni 80 nəfər milyonçu oldu. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb “Corona” pivə brendinin sahibi Antonio Fernandesin onların hər birinə 2 milyon 360 min avro vəsiyyət etməsidir. Milyarder 1917-ci ildə həmin kənddə anadan olduğuna görə bu addımı atıb. O bu ilin avqustunda 99 yaşında vəfat edib. Milyarderin vəsiyyətinin təfərrüatları isə indi məlum olub. Ümumilikdə o, həmkəndlilərinə 200 milyon avro vəsiyyət edib.