Xarici ölkələrdən Azərbaycana çətir idxalı 2 dəfə artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 53350 ABŞ dolları dəyərində çətirlər, gündən qoruyucu çətirlər, çəliklər, çəlik-oturacaqlar, qırmanc, minik atları üçün qamçılar və onların hissələri idxal edilib. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Komitədən bildirilib ki, ötən ilin ilk iki ayına nisbətən ölkəyə idxal edilən bu məhsulların həcmi 23990 ABŞ dolları yaxud 81,71% (1,8 dəfə) artıb. Qeyd edək ki, həm ötən il, həm də bu il adıçəkilən mal növlərindən heç biri ixrac edilməyib.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top