"Rusiyada yaşayan ermənilərin dəqiq sayı barədə məlumat yoxdur"


“Rusiyada nə qədər Ermənistan vətəndaşının yaşaması bizə məlum deyil və bunun dəqiq statistikası aparılmayıb”. "Yeniavaz.com"un news.am-a istinadən verdiyi məlumata görə, bunu "İzvestiya" qəzetinə verdiyi açıqlamasında Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan deyib: "Rusiya ilə Ermənistan arasında vizasız gediş-gəliş mövcuddur. Avrasiya İttifaqına daxil olduqdan sonra vətəndaşlarımız Rusiya ərazisində sərbəst şəkildə hərəkət etmək imkanı əldə etdilər. Bundan əlavə hər il Ermənistandan Rusiyaya müvəqqəti yaşamaq və işləmək üçün yüzlərlə erməni gedir. Ona görə də Rusiyada yaşayan və işləyən ermənilərin dəqiq sayı barədə məlumat yoxdur. Amma təxmini hesablamalara görə Rusiya vətəndaşlığını qəbul etmiş ermənilər də daxil olmaqla Rusiyada 2 milyon erməni yaşayır və işləyir". Toqanyan Moskva, Sankt-Peterburq və Rostov-Donda Ermənistanın konsulluqlarının, Soçidə isə konsul şöbəsinin fəaliyyət göstərdiyini və Rusiyada yaşayan bütün ermənilərin fəaliyyətini koordinasiya etmək üçün onların sayının artırılacağını istisna etmədiyini söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top