İddia: Çeçenistanda qvardiyaya hücum edənlər saxlandıqdan sonra başlarından güllələnib

Martın 24-də Çeçenistanda Rusiya Milli Qvardiyasının hərbçilərinə hücum edən 6 silahlı sağ ələ keçirilib, sonra isə başlarından güllənilərək öldürülüb. “Yeniavaz.com”un “Novaya qazeta”ya istinadən verdiyi məlumata görə, bu barədə ekspertlər hadisə yerindən çəkilmiş fotoları təhlil edərkən bildiriblər. Belə ki, qəzet həmin fotoları müstəqil məhkəmə-tibbi ekspertlərə, kriminalçılara və ballistlərə göstərib. Onlar fotoları incələdikdən sonra qərara gəliblər ki, silahlılar yaxın məsafədən güllələniblər. Hüquq-mühafizə orqanlarından birinin əməkdaşı bunu “tipik Çin güllələnməsi” adlandırıb. Belə ki, Çeçenistan kampaniyaları zamanı əsir düşmüş hərbçilərin edamını Çində açıq şəkildə güllələnmənin analoqu üzrə adlandırıblar. Ekspertlərin fikrincə, yaraqlılardan qanın axması forması onların əlllərinin qandallı olması ehtimalını gücləndirir.

Xatırladaq ki, martın 24-də 8 silahlı Çeçenistanın Naursk kəndində Rusiya Milli Qvardiyasının hərbçilərinin olduğu bazaya hücum ediblər. Onlardan altısı öldürülüb, ikisi isə qaçmağa müvəffəq olub. Hücum nəticəsində 6 rusiyalı hərbçi həlak olub. Bir müddət sonra İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top