Sərbəst güləşçilərimiz Kislovodskda təlim-məşq toplanışındadırlar

Sərbəst güləş üzrə Azərbaycan yığma komandası hazırda Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışındadır. Baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və Sadruddin Ayqubovun rəhbərliyi altında 25 pəhləvan hazırlıq keçir. Toplanış aprelin 1-dək davam edəcək. Ardınca yığma üzvləri Bolqarıstanda Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar. Qeyd edək ki, təlim-məşq toplanışı 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top