Ən çox çay içən ölkə


Türkiyə illik adambaşına düşən çay istehlakında 3,5 kiloqramla dünyada birinci yeri tutur.
Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Dünya Çay Komitəsinin 2016-cı ilin yekunları üzrə hazırladığı “Dünya Çay Hesabatı”ında deyilir. Son 10 ildə dünyada çay istehsalı sahələri 4,52 milyon hektara çatıb. 2015-ci ildən 2016-cı ilə keçərkən çay istehsalı 4,2 faiz çoxalaraq 5,31 milyon tona çatıb. Dünya çay istehsalının 86 faizi Asiyada, 11 faizi Afrikada və 3 faizi digər ölkələrdə həyata keçirilir. Dünya çay istehsalında 2 milyon 270 min tonla Çin birinci yeri tutur. Sonrakı yerləri müvafiq olaraq Hindistan (1 milyon 210 min ton), Keniya (475 min ton), Şri-Lanka (329 min ton), Türkiyə (259 min ton), Vyetnam (179 min ton), İndoneziya (129 min ton) tuturlar. Dünya əhalisinin sayının 7,3 milyard olduğunu nəzərə alsaq, adambaşına düşən illik çay istehlakı 500 qram təşkil edir. Dünya çay istehlakında Çin 36 faizlə - 1,8 milyon tonla lider olsa da, illik adambaşına düşən istehlak payı 0,75 qramdır. İllik adambaşına düşən çay istehlakında Türkiyə 3,5 kiloqramıa birinci yerdə qərarlaşır. Əfqanıstan 2,44 kiloqramla ikinci, Loviya 2,19 kiloqramla üçüncü, Qətər 1,8 kiloqramla dördüncü və İngiltərə 1,7 kiloqramla beşincidir.

DİGƏR XƏBƏRLƏR

Top