Hollivudda YPG haqqında film çəkiləcək

PKK terror təşkilatının Suriya qanadı olan YPG haqqında Hollivudda film çəkiləcək. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, filmin rejissoru Daniyel Espinosa olacaq. Filmdə baş rolu isə məşhur amerikalı aktyor Ceyk Cillenhol oynayacaq. Filmdə amerikalıların Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizədə YPG-nin sıralarına qatılaraq döyüşlərdə iştirakı barədə bəhs ediləcək. Filmin prodüseri Riva Marker isə layihə haqqında danışarkən deyib: “Xüsusilə dünya ilə daha az təmas qurduğumuz dövrdə şəxsiyyət axtarışı ilə bağlı mövzular diqqətimizi çəkməyə başladı. Filmin ssenarisi ən amansız şəraitdə tanış olan hər şeydən əl çəkmək ilə bağlıdır”.

DİGƏR XƏBƏRLƏR

Top