Süni ətlər gəlir - dadına görə təbii ətdən qətiyyən fərqlənmir

"Memphis Meat" şirkəti heyvanları və quşları öldürmədən onların ətlərinin dadını verəcək süni qida istehsalına start verib. Bu məqsələ xüsusi laboratoriyalarda süni toyuq və mal ətləri hazırlanacaq.

Daha əvvəl dana əti dadında qidalar hazırlamağı bacaran şirkət eyni texnikadan yararlanmaqla süni quş əti istehsal edib. Bunun üçün quşlardan özünü təkrar yeniləyə bilen kök hüceyrələr alınaraq bioreaktor qurğulara yerləşdirilib. Sonra həmin hüceyrələrə şəkər və bəzi mineral maddələr əlavə olunaraq xüsusi sınaq testlərinə göndərilib.

Testin nəticələri məlum olandan sonra sınağı aparan Good Food İnstitutunun mütəxəssisi Edvard Bird nüfuzlu “The Telegraph” qəzetinə açılqlama verəcək ördək ətinin daha ləzzətli alındığını deyib. Onun sözlərinə görə laboratoriyada hazırlanan süni ördək əti dadına görə təbiisindən qətiyyən fərqlənməyib.

Həmçinin, toyuq ətinin də eyni dadda olduğunu, təbiət qoynunda bəslənən toyuqdan qətiyyən fərqlənmədiyini bildirib.moderator.az

Boetexnologiya şirkətinin bu icadının elmdə və qida sənayesində inqilab yaradacağı gözlənilir.moderator.az

DİGƏR XƏBƏRLƏR

Top