"Bunu görəndə səhiyyəmizin harada olduğunu aydın bilmək olur"

"Sağlamlığımızı qorumağa təminat verən keyfiyyət tibbi sistemin yoxluğu yaralı yerimizdir". "Yeniavaz.com" xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, keyfiyyətli tibb pula, tibbi sığorta sisteminin təşkilinə və peşəkar həkim heyətinin mövcudluğuna bağlıdır:
"Azərbaycanda dövlət büdcəsi vasitəsilə səhiyyəyə hər il 400 milyon dollardan bir az artıq - adambaşına təxminən 45 dollar xərclənir. Söhbətləşdiyim bir neçə mütəxəssis əhalinin qeyri-rəsmi tibb xərclərinin bundan ən azı 3-4 dəfə çox olduğunu söyləyir. Hətta bu rəqəm düz olsa belə, belə çıxır ki, adambaşına səhiyyə xərcləri ən yaxşı halda 200 dollardan yüksək deyil.
Rusiya mediası səhiyyə xərclərinin adambaşına səhiyyə xərclərinə görə dünyada top 10-luqda olan ölkələrin siyahısını dərc edib, baxanda səhiyyəmizin harada olduğunu daha aydın görmək olur".

1. ABŞ – 9451 USD
2. İsveçrə - 6935 USD
3. Almaniya – 5267 USD
4. İsveç – 5228 USD
5. Fransa - 4407 USD
6. Yaponiya – 4150 USD
7. Britaniya – 4003 USD
8. İspaniya – 3153 USD
9. Rusiya – 1369 USD
10. Meksika – 1052 USD.

DİGƏR XƏBƏRLƏR

Top