"Ziya Məmmədov onun adından danışmağımı xoşlamır" - Qardaşı

Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra işsiz qalan sabiq nəqliyyat naziri Ziya Məmmədov Novruz bayramını ailəsi ilə birlikdə doğulub, boya-başa çatdığı Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən ata yurdunda qeyd edib.

Bu barədə eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov məlumat verib. O bildirib ki, Ziya Məmmədov rayonda olduğu üçün biz də onun başına toplaşaraq Novruz bayramını birlikdə qeyd etdik.

E.Məmmədov deyib ki, hazırda eks-nazir özünü yaxşı hiss edir: "Ziya müəllim özünü yaxşı hiss edir və səhhətinə heç bir problem yoxdur. Hər şey əladır. Bayramı ailələrimizlə, kənd camaatı ilə birlikdə qeyd etdik. Hər şey gözəldir, əladır".

Eks deputat qardaşı nazir vəzifəsindən çıxarıldıqdan sonra YAP-dan da xaric olunması ilə bağlı dedi-qodulara da münasibət bildirib: "Bu cür məlumatlar yalandır. Deyilənlər doğru deyil".

E.Məmmədov mətbuata da müraciət edib: "Qardaşım Ziya Məmmədovla bağlı məndən heç kim heç nə soruşmasın. Hər kəsin öz həyat tərzi var. Kimin mənimlə bağlı sualı varsa, buyurub bunu deyə və yaxud soruşa bilər. Kimsə kiminsə yerinə cavabdeh deyil. Həm də Ziya müəllim kiminsə onun haqqında danışmasını da xoşlamır. Bu, həm də etik baxımından düzgün deyil".unikal.org

DİGƏR XƏBƏRLƏR

Top