Azərbaycanda təkcə eşşəklər deyil, atlar da “yoxa” çıxıb – RƏSMİ MƏLUMAT

Azərbaycanda son bir ildə eşşəklərin sayının azalması ilə bağlı yayılan xəbər sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. “Yeniavaz.com” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, son bir ildə ölkədə təkcə eşşəklərin sayı deyil, atların da sayında kəskin azalma olub. Belə ki, 2015-ci ildə Azərbaycanda 75 min 400 baş at olubsa, 2016-ci ildə atların sayı 73 min 700 başa düşüb. Bu o deməkdir ki, son bir ildə atların sayı 1700 baş azalıb.

Məlumat üçün qeyd edək ki, eşşəklərdən fəqrli olaraq Azərbaycanda atların sayı davamlı olaraq artıb. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda atların sayı 2 dəfədən çox artıb. Belə ki, 1991-ci ildə ölkədə 36 min 900 baş at olub və bu göstərici 2013-cü ildə record səviyyəyə 77 min 200 başa yüksəlib. Lakin 3 ildir atların sayında azalma müşahidə olunmaqdadır.

Onu da qeyd edək ki, at və eşşəklərin sayındakı azalmanı sosial şəbəkə istifadəçiləri bu heyvanların ətinin qida vasitəsi kimi istifadəsi ilə əlaqələndiriblər.

DİGƏR XƏBƏRLƏR

Top