Bakı-Sumqayıt şossesində avtomobil körpüyə çırpılıb

Bakı-Sumqayıt şossesində bu gün səhər saatlarında qəza baş verib, nəticədə yolda hərəkətin sıxlığı yaranıb. Hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisində qeydə alınıb. Belə ki, Rəhman Səlimovun idarə etdiyi "Mercedes" markalı avtomobil körpünün dirəyinə çırpılıb. Avtomobil aşaraq yerdə bir neçə dövrə vurub. Sürücü bədən xəsarətləri alıb, avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qeyd edək ki, sürücü Rəhman Səlimov Azərbaycan Silahlı Qüvvələrində mayor rütbəsi daşıyır. report

DİGƏR XƏBƏRLƏR

Top