Bakıda bir gündə iki qız oğurlandı

Gün ərzində Bakıda iki qız qaçırılıb. Paytaxtın Səbail rayon Polis idarəsindən bildirildiyinə görə, 23 yaşlı Ü.S.-in (etik səbəblərdən ad açıqlanmır) valideynləri hüquq-mühafizə orqanlarına müraciət edərək, qızlarının naməlum gənc tərəfindən oğurlandığı barədə məlumat veriblər.

Eyni zamanda, Nizami rayon Polis idarəsindən bildirilib ki, 16 yaşlı məktəb şagirdi A.Q.-nin valideynləri qızlarının Qara Qarayev prospektində naməlum gənc tərəfindən oğurlandığı barədə ərizə ilə müraciət ediblər. 1news.az

DİGƏR XƏBƏRLƏR

Top