Cavid Hüseynov milliyə qayıdır? - Açıqlama

Azərbaycan Premyer Liqasının XXIII turunda “Qəbələ” AZAL-la qarşılaşıb.1:1 hesablı bərabərliklə başa çatan görüşdə qonaqların kapitanı Cavid Hüseynov meydana çıxmayıb.

Görüş başa çatdıqdan sonra əməkdaşımıza qısa açıqlama verən futbolçu bunun səbəbini açıqlayıb: “Topuğumda kiçik problem var idi. Topa zərbə vurarkən ağrı hiss edirdim. Buna görə, meydana çıxmadım”.

Cavid millinin qarşıdakı Almaniya ilə matçında oynayıb-oynamayacağı bağlı suala da aydınlıq gətirib: “İki gün sonra məşqlərə başlayacam. Millinin oyununa kimi hazır olacağımı düşünürəm. Baş məşqçi şans versə, meydana çıxacam”.apasport.az

DİGƏR XƏBƏRLƏR

Top