Azərbaycanda 310 min nəfərin gəliri ərzaq, geyim və kommunal xərclərini belə ödəmir - RƏSMİ MƏLUMAT

Azərbaycanda bir nəfər orta hesabla ay ərzində ərzaq məhsullarına, içkilərə, siqaretə, geyim və ayaqqabıya, işıq, qaz və suya, həmçinin nəqliyyata 154 manat vəsait xərcləyir. "Yeniavaz.com"un Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən apardığı hesablama göstərir ki, 154 manat vəsait eyni zamanda ölkə əhalisinin 13%-nin aylıq gəlirindən çoxdur. Buradan belə görünür ki, təxminən 1 milyon 260 min insanın gəlirləri onların təhsil və səhiyyə kimi zəruri ehtiyaclarının qarşılanmasına belə çatmır. Məlumat üçün qeyd edək ki, ölkədə adambaşına düşən aylıq istehlak xərci Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə, 245,5 manat təşkil edir. Komitənin açıqladığı digər bir məlumata görə, ölkə əhalisinin 76%-nin və ya təxminə 7,4 milyon insanın aylıq gəlirləri bu məbləğdən azdır. Yəni ölkə əhalisinin təxminən 2/3-nin gəliri istehlak xərclərini ödəməyə imkan vermir. Bundan başqa ölkə əhalisinin 72%-nin və ya təxminən 7 milyona yaxın insanın gəlirləri onlara istirahət və mədəniyyət üçün pul xərcləməyə imkan vermir. Eyni zamanda əhalinin 3,2%-nin və ya təxminən 310 min nəfərin aylıq gəliri adambaşına 130 manatdan azdır. Bu isə o deməkdir ki, bu qədər insanın aylıq gəliri ərzaq, geyim (ayaqqabı) və kommunal xərcləri belə ödəməyə imkan vermir. Belə ki, ərzaq, geyim (ayaqqabı) və kommunal xərclər üçün sərf olunan aylıq istehlak xərci 134,4 manat təşkil edir.

Statistika Komitəsinin aylıq gəlirlər və aylıq istehlak xərcləri ilə bağlı açıqladığı rəqəmlər:

Cədvəl 1: Adambaşına düşən aylıq gəlirlər və əhalinin ümümi sayında nisbəti

Cədvəl 2: Adambaşına düşən aylıq istehlak xərcləri (manatla)

DİGƏR XƏBƏRLƏR

Top