ABŞ-da prokurordan Trampın Ziya Məmmədovla ortaq biznesini yoxlamaq tələb olunur

Amerikanın məşhur “İnsanlar üçün söz azadlığı” təşkilatı Nyu-York ştatının baş prokuroru Erik Şneydermana müraciət edərək, prezident Donald Trampın biznes-holdinqlərini yoxlamağa çağırıb. “The Huffington Post” nəşri xəbər verir ki, qeyri-hökumət təşkilatı nüfuzlu “New Yorker” jurnalının məqaləsində yer alan faktlardan narahatlığını bildirib. Həmin yazıda “Trump Organization”ın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ailəsi ilə apardığı işlərdən və Bakıda tikilməsi planlaşdırılan elit daşınmaz əmlakdan bəhs edilir. QHT prokurordan bu sövdələşmələrin “Ölkənin xaricində korrupsiya haqqında” qanuna uyğun gəlib-gəlməməsini yoxlamağa çağırıb. virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top