Yunan-Roma güləşçilərimiz dünya ikincisi oldu

İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb. Azərbaycan Güləş Federasiyasından (AGF) "Yeniavaz.com"a verilən məlumata görə, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparıb. Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşıb. Gərgin keçən görüş 5:3 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Yığmamız Dünya Kubokunun gümüş medallarına yiyələnib.

Xatırladaq ki, 2015-ci ildə keçirilən analoji yarışda komandamız Dünya Kubokunun sahibi olub.

DİGƏR XƏBƏRLƏR

Top