Regionlardan toplanmış kənd təsərrüfatı məhsulları yarmarkalara çıxarılıb

Regionlardan orta bazar qiymətinə satın alınmış məhsullar Novruz bayramı münasibəti ilə təşkil edilən yarmarkalara çıxarılıb.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətindən "Yeniavaz.com"a verilən məlumata görə, adıçəkilən qurum Novruz bayramının başlaması ilə bağlı olaraq regionlarda yerli fermerlərdən tədarük olunmuş kənd təsərrüfatı məhsullarının yarmarkalarda satışına başlayıb. Bu gün ölkənin bir sıra regionlarından toplanmış kənd təsərrüfatı məhsulları paytaxtın bir neçə yerində təşkil edilmiş yarmarkalara çıxarılıb. Cəmiyyətin nəqliyyat vasitələri tərəfindən regionlardan daşınaraq paytaxta gətirilən məhsullar fermerlərdən orta bazar qiymətinə alınır. Yarmarkaların keçirildiyi ünvanlar:

Binəqədi rayonu

- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;

Xətai rayonu

- Bakı kinoteatrının yanı;

Sumqayıt şəhəri

Dəmiryol vağzalının ərazisi.

Təşkil olunmuş yarmarkalara Cəmiyyət tərəfindən hər gün 100 tona qədər kənd təsərrüfatı məhsulları təklif olunacaq. İstehlakçılara bayram günlərində eyni həcmdə və bol çeşiddə məhsullar təklif olunur.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti işini fasiləsiz quraraq bayram günlərində paytaxt əhalisinin ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına çalışacaqdır.

DİGƏR XƏBƏRLƏR

Top