Ölkəyə 25,1 milyon dollarlıq dərman gətirilib

Bu ilin yanvar-fevral ayları ərzində ölkəyə 178,9 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 23,6 milyon dolları buğdanın, 25,17 milyonu meyvə-tərəvəzin, 25,8 milyon dolları şəkərin, 14,5 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə buğda idxalı 51,6%, şəkər idxalı 2,8 dəfə artıb, meyvə-tərəvəzin idxalı isə 9,2% azalıb. Həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin ilk iki ayı ərzində müvafiq olaraq 15,8 və 25,1 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məmulatların idxalı dəyər ifadəsində 9,7% artıb, əczaçılıq məhsullarının idxalı isə dəyər ifadəsində 16,7% azalıb.

DİGƏR XƏBƏRLƏR

Top