Krımda Müşfiqin həyat yoldaşının öz imzası ilə bağışladığı kitab tapılıb

Krımda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadənin öz imzası ilə bağışladığı kitab tapılıb.

"Yeniavaz.com" xəbər verir ki, bu barədə APA-ya Krımın Azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

O bildirib ki, "M. Müşfiq. Yaradıcılığı. Şeirlər" adlı kitab Krım kitabxanasında “Azərbaycan guşəsi”nin yaradılması üçün ədəbiyyat toplanan zaman aşkar olunub: “Kitabı mənə icmanın fəal üzvlərindən biri verib. Kitabda Mikayıl Müşfiqin dördlük şeirləri toplanıb. Tarix 1968-ci il göstərilib. Görünür, kitab qohumu Gülsüm xanıma bağışlanılıb”.

R. Hümbətov bildirib ki, kitabı Azərbaycanda kitabxanalardan birinə, yaxud muzeyə bağışlayacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top