Vidadi Qafarov "Teatr baharı-2017"də olacaq

Martın 13-dən 18-dək Almatıda M. Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunan ənənəvi "Teatr baharı - 2017" festivalı keçiriləcək. Ölkəmizi bu festivalda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov təmsil edəcək. Festival çərçivəsində V. Qafarov ustad dərsləri keçməklə yanaşı, "Aktyor sənəti - postdramatik teatrdan əvvəl və sonra" mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə saytımıza məlumat verən V. Qafarovun sözlərinə görə, festivalda kollektivin iştirakı ilə 5 tamaşa - "Xoşbəxtliyə aparan çətin yol", "Aktaslı Axiko", "Mani-mani", "Ev çörəyinin dadı", "Akan sepi Aktokti" (bunlardan başqa, teatr aktyorlarının özlərinin ərsəyə gətridikləri bir tamaşa da olacaq) nümayiş olunacaq və münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalda həm də münsif kimi iştirak edəcək V. Qafarov martın 12-də Almatıya yola düşəcək.

Məlumat üçün bildirək ki, 1995-ci ildən etibarən davamlı şəkildə keçirilən Festival hər il teatrın görkəmli aktyorlarından birinə həsr olunur. Festivalda teatrın ən son premyeraları nümayiş olunaraq beynəlxalq münsiflər tərəfindən qiymətləndirilir. SSRİ-nin xalq artisti Xadişa Bukeevanın 100 illik yubileyinə həsr edilən builki festival çərçivəsində həmçinin "Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top