Azərbaycanda nikahsız ailədə doğulanlar - 320 min 321 uşaq

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2000-ci illərin əvvəlləri ilə müqayisədə xeyli dərəcədə artıb. "Yeniavaz.com" saytı bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən məlumat yayıb. Rəsmi statistikaya əsaslanıb deyə bilərik ki, son illər ərzində rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə qeydə alınıb. Hesablamalarımız göstərir ki, təkcə 2000-2015-ci illərdə Azərbaycanda 320 min 321 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib. İllərə görə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların statistikasını təqdim edirik:

- 1990-cı ildə - 4800 uşaq.

- 1991-ci ildə - 7137 uşaq.

- 1992-ci ildə - 8002 uşaq.

- 1993-cü ildə - 8692 uşaq.

- 1994-cü ildə - 8263 uşaq.

- 1995-ci ildə - 8375 uşaq.

- 1996-cı ildə - 8830 uşaq.

- 1997-ci ildə - 9664 uşaq.

- 1998-ci ildə - 6126 uşaq.

- 1999-cu ildə - 7567 uşaq.

- 2000-ci ildə - 6282 uşaq.

- 2001-ci ildə - 7318 uşaq.

- 2002-ci ildə - 8421 uşaq.

- 2003-cü ildə - 11 min 882 uşaq.

- 2004-cü ildə - 24 min 669 uşaq.

- 2005-ci ildə - 26 min 50 uşaq.

- 2006-cı ildə - 22 min 29 uşaq.

- 2007-ci ildə - 17 min 873 uşaq.

- 2008-ci ildə - 18 min 421 uşaq.

- 2009-cu ildə - 19 min 384 uşaq.

- 2010-cu ildə - 25 min 385 nəfər.

- 2011-ci ildə - 30 min 983 uşaq.

- 2012-ci ildə - 27 min 31 uşaq.

- 2013-cü ildə - 25 min 69 uşaq.

- 2014-cü ildə - 25 min 486 uşaq.

- 2015-ci ildə - 24 min 38 uşaq.

- 2016-cı ildə - statistika hələ açıqlanmayıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top