"İlhamə Quliyevanın ilinə hamını dəvət etmişdik, gələn olmadı" - Gəlini

Bu gün “Heydər Məscidi”ndə mərhum Xalq artisti İlhamə Quliyevanın il mərasimi keçirilib.

Mərasimə gəlini Arifə də qatılıb. "Yeniavaz.com" saytı xəbər verir ki, açıqlama verən xalq artistinin gəlini bildirib ki, İ.Quliyevanın yoxluğu ilə barışa bilmir: “Allah rəhmət eləsin. İl mərasimində bizim ailə yaxın insanlar iştirak edir. Bura hər kəsi dəvət eləmişdik. Mərasim zalımızın qapıları hər kəsin üzünə açıqdır”.

İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov bildirib ki, məclisdə incəsənət üzvlərinin olmamasının səbəbini özü də bilmir:

“Bu gün də şou üzvləri gəlmədi. Sağ olsaydı yəqin ki, hamısı gələrdi. İndi bu məsələni onlardan soruşun!”

Həmçinin, Orxan mərhum xalq artistinin bacısı Gülbahar Quliyevanın səsləndirdiyi ittihamlara da cavab verib:

“Anasız çox çətindir, Allah heç kəsə belə bir şey nəsib etməsin. Ancaq məni valideyni itirmiş biri anlaya bilər. Allah mənə səbr versin, hələ da yaşanan anlaşılmazlıqlara dözürəm. Məni indi heç kəs narahat etmir, ancaq qıcıqlandıranlar var, onlarla da mübarizə aparırıq. Hər şeyi zaman göstərəcək. Mən əvvəldən necə başlamışamsa, elə də davam etmişəm.

Bu günə kimi özüm məclislər etmişəm, heç kəslə məsləhətləşməmişəm. Baxmayaraq ki, bunu şou üçün etdiyimi, hətta dövlətdən dəstək aldığımı deyirlər. Sağ olsun, dövlət məzar daşını düzəltdirdi. Nazirliyə, prezidentə təşəkkür edirəm. Digər mərasimləri özüm etmişəm. Sabah da yas olacağını deyirlər. Mən çağırılmayan yerə getmərəm. Ehsan süfrəsidi, hər kəs edə bilər”.

Sənətkarın gəlini Arifə xanım deyib ki, il mərasiminə hər kəsi dəvət ediblər: “Ölümündən sonra maskalar düşdü, üzlər ortaya çıxdı. Heyif ki, biz bu cür dahini itirdik. Sözü üzə deyən, mərd bir ailə başçısı idi. Onun yerini heç kəs doldura bilməz. Bizim yaxınlarımız bura toplaşıb, səmimi insanlar ilə gəlib. Biz hamını dəvət etmişdik, qapımız hər kəsə açıq idi”.lent.az

DİGƏR XƏBƏRLƏR

Top