Serj Sarkisyan NATO-nun Baş katibi ilə görüşəcək

Ermənistan prezidenti Serj Sarkisyan fevralın 27-də Brüsselə səfərə gedəcək. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Sarkisyanın NATO Baş katibi Yens Stoltenberqlə görüşü gözlənilir. NATO-nun Brüsseldəki Baş qərargahında baş tutacaq görüşdə Ermənistan-NATO münasibətləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər barədə tərəflər arasında fikir mübadiləsinin aparılacağı ehtimal edilir. Sarkisyanın Brüsselə səfəri bir çox siyasi müşahidəçilər tərəfindən Ermənistanın Qərbdə özünə əlavə dayaq mərkəzləri axtarması kimi dəyərləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top