Trampın hakimiyyətdən kənarlaşdırılması üzrə plan hazırlanıb

ABŞ-ın Demokratlar Partiyasının nümayəndələri president Donald Trampın hakimiyyətdən kənarlaşdırılması üzrə plan hazırlayıblar. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bu, partiya üzvlərinin Floridada investorlarla görüşündən sonar dərc edilmiş proqramda yer alıb. Devid Brokun hazırladığı sənəd D. Trampın devrilməsi üzrə strateji fəaliyyət planından ibarətdir. Təşəbbüsün müəlliflərinin fikrincə, bu tədbirlər D. Trampın 2020-ci ilədək impiçmentinə gətirib çıxaracaq. Təşəbbüsün müəllifləri qeyd edirlər ki, demokratların əsas silahı D. Trampın bütün səhvlərinin tənqid edilməsidir. Onlar prezidentin digər dövlətlərin liderləri ilə qarşı münasibətini müşahidə edəcək və yeni administrasiyanın hər bir addımını izləyəcək komanda yaratmaq niyyətindədirlər.

DİGƏR XƏBƏRLƏR

Top