Türkiyənin Suriyadan çıxmasının şərtləri açıqlandı

Türkiyə İŞİD terror qruplaşmasına son qoyulduqdan sonra Suriyada qalmayacaq. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidentinin müşaviri İlnur Çevik deyib. O qeyd edib ki, Ankara Suriyanın şimalında əməliyyat aparmaqla Suriya üzərində nəzarəti ələ keçirmək istəmir, məqsəd İŞİD-ə son qoymaqdır: “Biz Suriyada qalmaq istəmirik. İŞİD-inn varlığına son qoyduqdan sonra və əgər ərazidə təhlükəsizlik istənilən formada təmin edilərsə, biz də onların geri qayıtmayacağına əmin olsaq, Türkiyə bu ölkədə qalmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top