ABŞ administrasiyasının yeni göstərişləri hər bir ölkədən olan qanunsuz miqrantların Meksikaya deportasiyasını nəzərdə tutur. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin 20 fevral 2017-ci il tarixində dərc etdiyi memorandumda deyilir. Sənəddə qeyd edilirki, ABŞ-da sənədsiz tutulan bütün miqrantlar Meksikaya göndərilməlidir. Oradan isə onlar vətənlərinə ekstradisiya ediləcəklər. Meksikanın xarici işlər naziri Luis Videqaray ABŞ administrasiyasının bu qərarından hiddətləndiklərini və BMT-yə müraciət edəcəklərini bildirib.