İspaniyanın eks naziri və BVF-nin keçmiş direktoru həbsə atıldı

Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş sərəncamçı direktoru Rodriqo Rato İspaniyada 4,5 il müddətinə azadlıqdan məhrum edilib. “Yeniavaz.com”un “El Pais” qəzetinə istinadən verdiyi məlumata görə, İspaniyanın keçmiş iqtisadiyyat naziri və “Bankia”nın sabiq rəhbəri R.Tato hələ 2015-ci ildə tutulmuşdu. O, vergidən yayınmaqda və cinayətkar pulların yuyulmasında şübhəli bilinirdi. Tezliklə sərbəst buraxılmasına baxmayaraq, gizlənməməsi üçün pasportu əlindən alınmışdı. Məhkəmə prosesində iş üzrə 65 nəfərin adı hallanıb. İstintaqın məlumatına əssən, onlar “Caja Madrid”in (sonralar “Bankia” adlandırılıb) “qara kartlar”ının köməkliyi ilə təqribən 12 milyard avronu israf etməkdə iştirak ediblər. Həmin “qara kartlar”da İspaniya Krallığının vergi xidmətlərindən gizlədilən vəsaitlər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top