Suriyada 4 minədək rusiyalı silahlıların tərəfində vuruşur. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının ixclasında deyib. Onun sözlərinə görə, keçmiş SSRİ-dən isə təxminən 5 min nəfər silahlılarla birgə Suriyada döyüşür. V. Putin qeyd edib ki, Suriyada münaqişənin həll edilməsi üçün kəndardan müdaxilənin olmaması vacibdir: “Suriya ərazi bütövlünü qorumalıdır, lakin hər kəs belə düşünmür. Suriyada konfessional bölünmənin əlamətləri var”. Prezident diqqətə çatdırıb ki, Rusiyanın Suriyada vəzifəsi ölkədə legitim hakimiyyəti saxlamaq və terrorçuluq mərəzindən xilas etməkdir.