Qız paltarları geyinənlər, ayaq üstə yazanlar - Onların bu xüsusiyyətləri də var imiş

Əsərlərini sevərək oxuduğumuz yazıçılar haqqında nadir xüsusiyyətlərini bilmək, oxuduqlarımıza daha da rəng qatmış olur, həyəcan verir. Hər bir insanın özünəməxsus xüsusiyyəti var. Məhz belə xarakterlər sayəsində bir insan, o biri insandan fərqlənir. "Yeniavaz.com" məşhur yazıçıların həyatlarından bilmədiyiniz nadir xüsusiyyətləri təqdim edir.

Ədəbiyyatda "qaranlıq" hekayələrin müəllifi kimi tanınan Edqar Allan Po içki xəstəsi idi. Ömür boyu qazandıqlarını spirtli içkiyə xərcləyib.

Dünyanın ən böyük yazarlarından biri olan, "Böyük ümidlər" romanın müəllifi Çarlz Dikkens yuxu macərası olan insanlarından biri idi. Yatanda mütləq üzünü şimala çevirirdi. Ondan bunun səbəbini soruşanda yazıçı belə izah etmişdi: "Yer kürəsində elektrik cərəyanı həm pozitiv, həm də neqativ ola bilər". Həmçinin yazıçı vaxtının çoxunu təklikdə keçirib.

Onore de Balzak 51 yaşında dünyasını dəyişib. Ancaq unudulmaz əsərlər yazıb. Gündə 51 fincan kofe içdiyi deyilir. Kofe hazırlayan olmadıqda isə, kofe dənələrini çeynəyirmiş.

Dünyanın ən böyük yazarlarından biri olan Lev Tolstoyun 13 uşağı olub. Tolstoy "Mənim yaşımda olan insanların edə biləcəyi bir işi edirəm. Son günlərimi təkbaşına və sükunət içində keçirə bilmək üçün dünyadan vaz keçirəm" qeydli məktub yazıb evini tərk edib. Böyük yazıçının o zaman 82-i yaşı olub. Evini tərk etdikdən bir neçə gün sonra qatarda donaraq ölüb. Tolstoy həmkarı İvan Turgenevi duelə çağırmışdı. Hətta tapançalar da hazırlanmışdı. Lakin onlara yaxın olan dostlar sayəsində duel baş tutmayıb. Bu hadisədən sonra yazıçılar bir də görüşməyiblər.

"Alisa möcüzələr ölkəsində" romanının yazarı Luis Kerroll çox güclü riyaziyatçı idi. Yazıçı kitabxanalarda kitabların daha rahat tapılması üçün cildin arxa hissəsinə kitabın adının yazılması fikrini həyata keçirib. Ən sevdiyi iş özü üçün üçtəkərli velosiped icad etmək olub.

Amerika dahisi Mark Tven bu gün istifadə edilən "stand-up" anlayışını dünyada ilk həyata keçirən insan olub. Yazarlıqdan qazandığı pulları fərqli sahələrdə xərclədiyi üçün həmişə iflas edib. M. Tven evinə ilk telefon çəkdirən insanlardan biri olub. Tanınmış mühəndis Nikolay Tesla ilə çox yaxın dost olub. Yazıçının ilk kitabı 1883-cü ildə çap edilən "Mississippi" olub. Özünə tətbiq etdiyi dieta üsülü var idi. "Normada ac qalmaq dünyanın ən yaxşı dərmanından və ən yaxşı həkimindən daha üstündür" deyirdi.

İrland əsilli yazıçı Oskar Uayldın Hemenqueylə ortaq cəhətləri var imiş. Hər iki yazıçı uşaq vaxtı analarının istəyi ilə qız paltarları geyinirmiş.

Cek London hədsiz dərəcədə kitab oxuma həvəsində olan bir yazıçı olub. Şəxsi kitabxanasında 15 min kitabı olub. C. London 5 yaşında içki içməyə başlayıb və 40 yaşında vəfat edib. Yazıçı həddindən artıq içdiyi üçün başına gəlməyən hadisə qalmamışdı. Bir dəfə Oakland körfəz körpüsündən yıxılıb və San Fransisko körfəzində tapılıb.

Virciniya Vulf danışmağı çox sevirdi. Bir dəfə 48 saat dayanmadan danışıb. Bütün əsərlərini rəssam bacısının işlədiyi portretlərdən ilhamlanaraq yazıb. Ən maraqlısı isə odur ki, yazıçı həmin əsərləri ayaq üstündə yazıb.

Ceyms Coys və Marsel Prust bir dəfə görüşə biliblər. Onların görüşməsi insanlarda maraq doğura biləcək bir hal idi. Bir dəfə parkda təsadüfən üz-üzə gəliblər və xəstəliklərindən danışıblar. Sonra isə utancaq halda biri o birinin əsərlərini oxumadıqlarını etiraf ediblər.

Ölümündən sonra məşhurlaşan dünyəvi, modern yazıçı Frnas Kafka ət yeməklərini cinayətlə eyniləşdiribmiş. Kafka ən yaxın dostu olan Maks Broda onun əsərlərini yandırmağı vəsiyyət etmişdi. Brod isə dostuna xəyanət edib, onun vəsiyyətinə əks çıxıb əsərlərini nəşriyyata təhvil vermişdi. Darıxmağın ən pik nöqtəsində dayanan yazıçının tanınmasında dostunun əvəzssiz rolu olub.

Corc Eliot təbiətcə ağır təbiətli görsənməsinə baxmayaraq, daha çox zarafat etməyi xoşlayırmış.

Ernest Hemenquey onun haqqında sərt yazı yazan jurnalisti ilk qarşılaşdığı zaman yerə yıxaraq döyüb. Yazıçının həyatında ən sərt reaksiyası bu olub.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top