"Avrasiya vətəndaşlığı Ermənistanın suverenliyinə qəsddir"

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulunun Belarus və Qazaxıstandan fərqli olaraq Ermənistanın Avrasiya İqtisadi İttifaqının vahid və ya ikili vətəndaşlığının qəbul edilməsinə tərəfdar olduğunu bildirməsi erməni siyasiləri arasında birmənalı qarşılanmayıb. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, Ermənistan parlamentının deputatı, Azad Demokratlar Partiyasının sədri Xaçatur Kokobelyan Zatulinin bu təklifinin qəbul edilməz olduğunu söyləyib: "Əgər hansısa məmur Avrasiya İttifaqı vətəndaşlığının qəbul edilməsinə razı olduğunu deyibsə, bu, Ermənistanın suverenliyinə qəsd etmək deməkdir. Bu, imperiya ambisiyalarından, SSRİ-ni bərpa cəhdlərindən irəli gəlir. Bu səbəbdən də Ermənistan vaxtında, gecikmədən Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. İkili vətəndaşlığa gəliincə, buna konsitutisiyamızda icazə verilir. Lakin bütün ölkə vətndaşlarını Avrasiya İttifaqı çərçivəsində ikili vətəndaşlığı qəbul etməyə məcbur etmək insan hüquqlarının tapdalanması, milli ləyaqətimizin təhqir olunması deməkdir".

Kokobelyan Avrasiya İqtisadi İttifaqını gələcəyi olmayan qurum adlandırıb. O, bu qurumun Ermənistan təhlükəsizliyini və suverenliyini təhlükə altına aldığını xatırladıb: "Biz bu qurumun dağılmasını gözləməli deyilik. Əks halda onun dağıntıları altında qala bilərik".

DİGƏR XƏBƏRLƏR

Top