Azərbaycanlılar Tükiyədən nə qədər ev alıblar? - RƏSMİ AÇIQLAMA

Bu ilin ilk ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 54 mənzil alıblar. "Yeniavaz.com" Türkiyə Statistika Xidmətinə istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alanların sayı dəyişməyib. Belə ki. 2016-cı ilin yanvar ayında da azərbaycanlılar Türkiyədən builki qədər - 54 mənzil satın alıblar. Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk ayı ərzində Türkiyədən 1 398 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% və ya 76 mənzil az olub. Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Əfqanıstan, Rusiya, Misir, Almaniya, İran, Ukrayna və İngiltərə vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin ilk ayında İraq vətəndaşları Türkiyədən 279, Səudiyyə Ərəbistanı vətəndaşları 144, Küveyt vətəndaşları 115, Əfqanıstan vətəndaşları 107, Rusiya vətəndaşları 60, Misir vətəndaşları 45, Almaniya vətəndaşları 43, İran vətəndaşları 42, Ukrayna vətəndaşları 41, İngiltərə vətəndaşları isə 40 mənzil alıblar. Son bir ildə ən kəskin azalma Rusiya vətəndaşlarının aldıqları mənzillərdə qeydə alınıb. 2016-cı ilin yanvar ayı ilə müqayisədə Rusiya vətəndaşlarının aldıqları mənzillərin sayı 106-dan 60-a düşüb. Ən böyük artım isə Bəhreyn vətəndaşlarının aldıqları mənzillərdə qeydə alınıb. 2016-cı ilin yanvar ayında Bəhreyn vətəndaşları Türkiyədən cəmi 5 mənzil aldıqları halda bu ilin yanvarında bundan 4 dəfədən çox - 23 mənzil alıblar.

DİGƏR XƏBƏRLƏR

Top