"Niyə bu səhv Konstitusiyamızda aradan qaldırılmayıb?"

"Konstitusiyamızın III fəslinin adı belədir: "Əsas insan və vətəndaş hüquqları və azadlıqları". "Əsas" sözü insan və vətəndaşa aiddir, yoxsa hüquq və azadlıqlara? Sağlam məntiqlə ikinciyə". "Yeniavaz.com" xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, bu halda fəsil "İnsan və vətəndaşın əsas hüquq və azadlıqları" adlanmalı idi: "İndi isə, nə qədər absurd səslənsə də, belə çıxır ki, hüquq və azadlıqlar ölkədəki əsas (?) insan və vətəndaşlara mənsubdur. Yeri gəlmişkən, növbəti IV fəsil "Vətəndaşların əsas vəzifələri" adlanır. Yəni əsas vəzifələr bütün vətəndaşlara aiddir, onların "əsas" və "ikincidərəcəli" olmasından asılı olmayaraq. Təbii, sözügedən müddəanın rus dilindən tərcümənin nəticəsi olan texniki səhv olduğunu başa düşürəm. Amma Konstitusiyaya artıq 3 dəfə referendumda düzəlişlər edilib. Niyə bu səhv aradan qaldırılmayıb?

Demişəm və deyirəm: ölkənin əsas problemi hüquqa, qanuna hörmətin az olması, hüquq elmi və təhsilinin aşağı səviyyəsidir. Belə şəraitdə istisna deyil ki, kimsə həqiqətən də insan və vətəndaşların əsas və ikincidərəcəli ola bilməsi zənnindədir"...

DİGƏR XƏBƏRLƏR

Top