"Dövlət qeydiyyatına alınmayan dərmanları almayın" - XƏBƏRDARLIQ

"Ölkəmizdə qaçaqmal və təhlükəli, dövlət qeydiyyatına alınmadan satılan dərman biznesi çiçəklənir". "Yeniavaz.com" saytı xəbər verir ki, bunu "Azad İstehlakçılar" İctimayi Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib.

"Ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən, heç bir dəvlət qeydiyyatına alınmadan, bəzən də narkotik tərkibli dərmanların saxlanma yerləri, Bakıda və rayonlarda satış şəbəkələri barədə istehlakçılardan alınmış məlumatlar əsasında 27.01.2017 tarixli rəsmi məktublarla Dövlət Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə məlumatlar verərək dövlət orqanlarını məlumatlandırsam da, bu günə kimi bu anormal halın qarşısının alınması üçün əhəmiyyətli bir iş görülməmişdir. Yalnız 23.02.2017-ci il tarixdə Səhiyyə Nazirliyi cavab məktubu göndərərək, öz ictimai borcumu yerinə yetirdiyim üçün təşəkkür bildirib, tədbirlər görüləcəyini yazıb",-deyə ekspert qeyd edib.

Eyyub Hüseynov vurğulayıb ki, AİİB dayanmaq fikrində deyil, qaçaqmalçını, onun arxasında duran, dövlətimizin və vətəndaşlarımızın mənafeyinə, sağlamlığına zərbə vuran insanların bu pis əməldən çəkindırilməsi üçün addımlar ataçaq: "Hörmətlı istehlakçılar, dövlət qeydiyyatına alınmayan dərmanları almayın".

DİGƏR XƏBƏRLƏR

Top