Ermənistanla Gürcüstan arasında "Dostluq körpüsü" inşa ediləcək

Gələn il Ermənistanla Gürcüstan arasında yeni körpü istifadəyə veriləcək. "Yeniavaz.com"un Panarmenian.net-ə istinadən verdiyi məlumata görə, yeni körpü Baqrataşenlə-Sadaxlını birləşdirən köhnə körpüyə paralel olaraq inşa ediləcək. Köhnə körpüdən isə onda müəyyən təmir işləri aparılandan sonra ehtiyat yol kimi istifadə edilməsi nəzərdə tutulub. Yeni körpünün inşasına Avropa yenidənqurma və inkişaf bankı tərəfindən 9 milyon dollar kredit ayrılıb. "Dostluq köpüsü" adlandırılan yeni marşrut xəttinin işə salınmasına çəkiləcək xərclərin yarısını Ermənistan, yarısını da Gürcüstan ödəyəcək.

DİGƏR XƏBƏRLƏR

Top