Azərbaycanda işsiz insanların olmadığı yeganə rayon hansıdır? - SİYAHI

Azərbaycanda məşğulluq xidməti orqanlarında işsiz statusu alan şəxslərin sayı 28 min 877 nəfər olub. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricidə yer alıb. Açıqlanan statistik məlumatlardan belə görünür ki, işsiz statusu alan insanların sayı ən çox Mingəçevir şəhərində qeydə alınıb. Mingəçevirdə 1621 nəfər işsiz statusu alıb. İşsiz statusu alan şəxslərin sayına görə, Bərdə rayonu ikinci, Sumqayıt şəhəri isə üçüncü sırada qərarlaşıb. Bərdədə 1533, Sumqayıtda isə 1013 nəfər işsiz statusu alıb. İşsiz statusu alanların ən az olduğu rayon isə Daşkəsən rayonu hesab olunur. Bu rayonda cəmi 4 nəfər işsiz statuslu insan yaşayır. İşsiz statusu alan insanların az olduğu rayonların sıralamasında növbəti yerlərdə 20 nəfərlə Naftalan şəhəri və Ağdaş rayonu gəlir. Saatlı rayonunda isə 27 nəfər işsiz statusu olan şəxs yaşayır.

Komitənin açıqladığı məlumatdan belə görünür ki, işsiz statuslu insanlar Naxçıvan iqtisadi rayonu istisna olmaqla digər bütün rayonlarda yaşayırlar. Yalnız Naxçıvanda işsiz statuslu insan yoxdur. İşsiz statuslu insanlarla bağlı sonuncu məlumat 2011-ci ilə aiddir. Məlumata görə, 2009-cu ildə Naxçıvanda 7 min 904 nəfər işsiz statusuna sahib olub. 2010-cu ildə onların sayı 52-yə, 2011-ci ildə isə 32 nəfərə qədər azalıb. Sonrakı illərdə isə bu bölgədə işsiz statusu alan şəxs olmayıb.

Şəhər və

rayonlar

İşsiz insanların sayı

Azərbaycan Respublikası

28877

Bakı şəhəri (qəsəbələrlə)

12113

Xızı rayonu

112

Abşeron rayonu

374

Sumqayıt şəhəri

1013

Gəncə şəhəri

605

Qazax rayonu

337

Ağstafa rayonu

133

Tovuz rayonu

101

Şəmkir rayonu

229

Gədəbəy rayonu

189

Daşkəsən rayonu

4

Samux rayonu

19

Göygöl rayonu

103

Goranboy rayonu

59

Naftalan şəhəri

20

Balakən rayonu

113

Zaqatala rayonu

43

Qax rayonu

209

Şəki rayonu

221

Oğuz rayonu

43

Qəbələ rayonu

174

Astara rayonu

95

Lənkəran rayonu

200

Lerik rayonu

36

Yardımlı rayonu

98

Masallı rayonu

122

Cəlilabad rayonu

288

Qusar rayonu

373

Xaçmaz rayonu

80

Quba rayonu

279

Şabran rayonu

167

Siyəzən rayonu

70

Göyçay rayonu

443

Beyləqan rayonu

94

Ağcabədi rayonu

314

Bərdə rayonu

1533

Neftçala rayonu

267

Biləsuvar rayonu

335

Salyan rayonu

146

Yevlax rayonu

373

Mingəçevir şəhəri

1621

Ağdaş rayonu

20

Ucar rayonu

32

Zərdab rayonu

31

Kürdəmir rayonu

401

İmişli rayonu

67

Saatlı rayonu

27

Sabirabad rayonu

396

Hacıqabul rayonu

386

Şirvan şəhəri

718

Cəbrayıl rayonu

224

Füzuli rayonu

32

Ağdam rayonu

614

Tərtər rayonu

510

Xocalı rayonu

86

Şuşa rayonu

37

Xocavənd rayonu

40

Xankəndi şəhəri

-

Kəlbəcər rayonu

870

Laçın rayonu

199

Qubadlı rayonu

201

Zəngilan rayonu

47

Qobustan rayonu

57

İsmayıllı rayonu

392

Ağsu rayonu

170

Şamaxı rayonu

172

Naxçıvan iqtisadi rayonu

-

DİGƏR XƏBƏRLƏR

Top