Polis “Trump Tower”in 24 milyon dollar ödəməsini istəyir

Nyu-York polisi ABŞ prezidentinin dəyişməsi dövründə “Trump Tower” binasının mühafisəzinə xərclənmiş 24 milyon dollar həcmində vəsaiti ödəmək və binanın, eləcə də Ağ evin təhlükəsizliyinin təmininin layiqli maliyyələşdirilməsini təmin etmək xahişi ilə Konqres üzvlərinə müraciət edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, xahiş məktubu Nyu-York polis idarəsinin rəisi Ceyms O'Nil tərəfindən təqdim edilib. O bildirib ki, ABŞ prezidenti seçkiləri başladığın gündən Donald Trampın andiçmə mərasiminədək - 75 gün ərzində 24 milyon dollar xərclənib. Məktubda qeyd edilir ki, polis hər gün təhlükəsizliyin təmin edilməsinə 308 min dollar xərcləyib. O'Nil qeyd edib ki, “Trump Tower”in və ona yaxın ərazilərin mühafizisə digər şəhər qurumları üçün də əlavə resurslar tələb edur. Belə ki, “Trump Tower”də 24 saat ərzində növbətçilik edən təcili tibbi yardım xidməti 75 gün ərzində 1,7 milyon dollar xəcləyib. Qeyd edək ki, “Trump Tower” Manhettendə yerləşən 58 mərtəbəli binadır, o, otellər, məşhur brendlərin mağazaları və turistlətin populyar olduğu yerlərlər ilə əhatə olunub. “Trump Tower” D. Trampın ikinci qərargahı hesab edilir.

DİGƏR XƏBƏRLƏR

Top