Ruslar daxili pasportla Ermənistana ancaq təyyarə ilə gedə bilərlər

Rusiya vətəndaşlarının daxili pasportla Ermənistana getməsi yalnız sərnişin təyyarələrinin xidmətindən istifadə etməklə baş tuta bilər. "Yeniavaz.com"un nevs-am-a istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Ermənistan Xarici işlər nazirliyinin mətbuat xidməti katibi Tiqran Balayan deyib: "Rusiya vətəndaşlarının Ermənistana daxili pasportla səfəri ancaq Zvartnots və Şirak hava limanlarının xidmətindən istifadə etməklə mümkündür".

Buna səbəb isə Gürcüstanın öz ərazisindən daxili pasportla Rusiya vətəndaşlarını buraxmamasıdır. Xatırladaq ki, bir müddət əvvəl Moskva ilə Yerevan arasında əldə edilən razılığa əsasən Rusiya vətəndaşları daxili pasportla Ermənistana səfər edə biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top