Pakistanda partlayış: 6 ölü, 15 yaralı

Pakistanın Lahor şəhərində partlayış nəticəsində 6 nəfər ölüb, 15-dən çox insan yaralanıb. Bu haqda yerli “Samaa” televiziyası məlumat yayıb. Xəbərə görə, partlayış səhər saatlarında şəhərdəki ticarət binalarından birində olub. Partlayışın dalğasından ətrafdakı evlərin pəncərələrinin şüşələri sınıb. Polis partlayışın terror aktı olduğunu istisna etmir.Report

DİGƏR XƏBƏRLƏR

Top