“Samsung Galaxy J7”nin yeni modeli təqdim olunacaq

“Samsung” şirkəti, “Galaxy J7” modelinin 2017 versiyasını təqdim edəcək. “Yeniavaz.com” xəbər verir ki, təqdimetmə gələn həftə Barselonada keçiriləcək. Təqdimetmədə “Samsung”un başqa modelləri də nümayiş etdiriləcək. “Galaxy J7” modelinin 2017 versiyasında bir sıra yeniliklərə imza atılıb.

Telefonun xüsusiyyətləri belədir:
Ekran: 5.5 düym Super AMOLED HD ekran və 2.5D qövslü şüşə (Gorilla Glass)
Prosessor: Səkkiz nüvəli Exynos 7870 / Snapdragon 430
GPU: Mali-T830
RAM: 2 GB
Yaddaş: 16 GB artırılabilən daxili yaddaş
8MP arxa kamera
5MP ön kamera
Digər xüsusiyyətlər: 4G LTE, Wi-Fi 802.11 b / g / n, Bluetooth 4.1 və GPS
Əməliyyat sistemi: Android 7.0 Nougat əməliyyat sistemi

DİGƏR XƏBƏRLƏR

Top