Lənkəranda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Lənkəran rayonunda piyadanı avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Masallı rayonunun Musakücə kənd sakini, 1958-ci il təvəllüdlü Bağır Məmmədhəsən oğlu Həsənov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə hərəkətdə olan zaman, yolu keçmək istəyən Xırdalan şəhəri, Quşçuluq qəsəbə sakini 57 yaşlı Dəstəgül Əzəmət qızı Şəmiyevanı vurub. Sürücü hadisə yerindən qaçıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan D.Şəmiyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb. Hadisə yerinin müayinəsi zamanı yerdə "VAZ-21099" markalı avtomaşına aid yan güzgünün qalıqları aşkar edildiyindən bu istiqamətdə əməliyyat tapşırığı verilib. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı qəzanı törətməkdə şübhəli bilinən B.Həsənov DYP-nin "Göytəpə" postunda saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.Report

DİGƏR XƏBƏRLƏR

Top