Güləşçilərimiz Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcəklər. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, yarış 4-5 mart tarixlərində Bağcılar İdman Kompleksində təşkil olunacaq.
Hazırda yığmanın 20 üzvü İstanbulda baş məşqçisi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbov və Şaban Donatın rəhbərliyi altında hazırlıq keçir. Təlim-məşq toplanışına Azərbaycan və Türkiyə ilə yanaşı, Qırğızıstan, Bolqarıstan, Gürcüstan və İsveç yığma komandaları da qatılıb. Qeyd edək ki, fevralın 11-də start götürən toplanışı martın 3-dək davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top