Şoyqu: Ən yaxşısı Türkiyə ilə sülh şəraitində yaşamaqdır

Türkiyə NATO-nun üzvü kimi alyansın terrorçuluqla mübarizə üzrə real koalisiyanın yaradılmasına cəlb edilməsinin təşəbbüskarı ola bilərdi. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu tələbələrlə görüşdə deyib. Rusiya-Türkiyə münasibətlərindən danışan S. Şoyqu qeyd edib ki, hərbi-texniki əməkdaşlıq üzrə böyük iş gedir və bu iki ölkənin rəhbərliyi tərəfindən dəstəklənir: “Fikrimcə, bu doğrudur, çünki qonşuları seçmirlər. Qonşularla istənilən halda birgə yaşamaq lazımdır və ən yaxşısı sülh şəraitində yaşamaqdır”.

DİGƏR XƏBƏRLƏR

Top