Barmaq işarəsi Ançelottiyə 5 min avroya başa gəldi

“Bavariya” klubunun baş məşqçisi Karlo Ançelotti xeyriyyə işlərinə 5 min avro bağışlamağa təhkim edilib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Futbol İttifaqı qərar verib. Xatırladaq ki, 1:1 hesaabı ilə başa çatan Almaniya çempionatının “Herta” ilə oyunundan sonra italiyalı mütəxəssis azarkeşlərə orta barmağını göstərib. K. Ançelotti hərəkətini onunla izah edib ki, “Herta” azarkeşləri ona tüpürüblər.

DİGƏR XƏBƏRLƏR

Top