Türkiyədə deputatın mandatı əlindən alındı

Türkiyədə müxalif Xalqların Demokratik Partiyasının (HDP) həmsədiri Figen Yüksəkdağ deputat mandadıntan məhrum edilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb onun barəsində məhkəmənin yekun qərar verməsidir. F. Yüksəkdağın millət vəkilliyindən məhrum edilməsi qərarı Türkiyə parlamentində açıqlanıb. HPD-li millət vəkili PKK terror təşkilatının təbliği ilə məşğul olması ittihamı ilə həbs edilib. Bununla da Türkiyə parlamentində HDP-li deputatların sayı 58-ə enib.

DİGƏR XƏBƏRLƏR

Top