Senator Rend Pol: "Bəxtimiz onda gətirib ki, Makkeyn prezident deyil"

Amerikanın bəxti onda gətirib ki, Makkeyn prezident kimi ölkəni idarə etmir. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Kentukki ştatından olan respublikaçı senator Rend Pol deyib. ABC Nevvs-in əməkdaşı Rend Poldan Arizona ştatından olan Makkeynin ABŞ-ın xoşagəlməz vəziyyətə yuvarlandığı və belə vəziyyətdə insanların diktaturanu dəstəkləməyə başlaması ilə bağlı dediklərini şərh etməyi xahiş edib. Senator isə Makkeyni haqsız hesab etdiyini söyləyib: "Makkeyn İraqda müharibəni dəstəklədi və nəticədə bu, Yaxın Şərqdə sabitliyin pozulmasına yol açdı. Əgər siz xəritəyə nəzər salsanız, onda Makkeynin ən azı 6 ölkədə ABŞ-ın quru əməliyyatlarını dəstəklədiyini görəcəksiniz. Makkeyn bizi heç yerdə müharibə aparmamaqda və hərbi əməliyyatları vaxtından əvvəl dayandırmaqda günahlandırır. Bəxtimiz onda gətirib ki, Makkeyn prezident deyil "

Rend Pol qeyd edib ki, demokratiyanı müdafiə adı altında hər rejimi devirmək olmaz. O Suriyanın daxili işlərinə müdaxilənin bölgədə xaosa gətirib çıxardığını söyləyib: "Əgər biz Əsəddən yaxamızı bu gün qurtarsaydıq, onda mən onun tərəfindən müdafiə edilən 2 milyon xristianın taleyindən narahat olardım".

DİGƏR XƏBƏRLƏR

Top