Poroşenko Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya tərəfindən qondarma Donetsk və Luqansk respublikalarının pasportlarının tanınmasının Minsk prosesindən Moskvanın imtinası kimi dəyərləndirib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Poroşenko Moskvanın bu addımına cavab olaraq Qərb ölkələrini Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. Ukrayna prezidenti Avropa Birliyinin humanitar yardım və böhranlı vəziyyətləri idarə etmə məsələləri üzrə komissarı Xristos Stilianideslə görüşündə deyib: "Beynəlxalq hüquq baxımından bu, qeyri-qanuni birləşmələrin tanınması və Minsk prosesindən de fakto imtina etmək deməkdir. Belə hesab edirəm ki, Moskvanın son addımı həyəcan doğuran hadisədir. Buna görə qətiyyətli addımlar atılmalı və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar sərtləşdirilməlidir".

DİGƏR XƏBƏRLƏR

Top